Manatvizyon

Posted: May 15, 2011 in Uncategorized

Srağagün gecə N saylı marşturla evə qayıdanda çox vaxt nağıllardan eşidib bloqlardan oxuduğumuz, Azərbaycanla yaxından-uzaqdan əlaqəsi olmayan bir hadisənin şahidi oldum. Sərnişini olduğum avtobus yolda rəqib firmanın marşrutu ilə formula-2 yarışına çıxmışdı. Sözüm onda deyil, bir xeyli yolu bir-birilərinin üstünə çıxaraq getdilər. Yolda 4-5 dəfə ağır yol nəqliyyat hadisəsi baş verdi: ölən və yaralananlar var idi. Təxminən 2-3 saata yaxın bu vəziyyətdə getdikdən sonra 20 Yanvar dairəsində avtobuslar qırağa çəkilib söhbətə başladılar. Beqəfil dava düşdü. Bu dəm digər avtobusun da bir-iki bığı burma sərnişin aşağı düşüb söhbətə kurs oldular. Uzun sözün qısası qoyhaqoy düşdü, it yiyəsini tanımadı. Bir müddət sonra sürücümüz öz yerini aldı və avtobusu hərəkətə gətirəndə digər avtobusun sözügedən dalben sərnişinləri sıra ilə avtobusu vurmağa başladılar. İçimdən “ənkə böyügüvüzü sikim” demək keçdi, amma demədim. 20 ildir eyni sülalə bunların əlinə verir, üstünə işəyir, dombaldır, çörəyini əlindər alır, amma biri də göt qorxusundan bir dəfə çıxıb bir söz demir. Fağır adam görən kimi qeyrət-namus boğazlarına yapışır, necəsə olur möcüzə nəticəsində kişilikləri yadlarına düşür. Sizi “kişi” edəndən atda, eşşəkdə də var. İlk cümlədə qeyd etdiyim “Azərbaycanla yaxından-uzaqdan əlaqəsi olmayan bir hadisə” deyəndə də mədəniyyəti, etikanı nəzərdə tuturdum. Bu məfhumların ölkəmizlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Nə isə.

Dünən gecə hər il keçirilən YEVROvizyon adında “pul xərcləmə” yarışmasında Azərbaycan birinci oldu. Ölkəni təmsil edən iki növ cavan haqqında heç nə demək istəmirəm. İkisi də yiyəsinə qismət.

O yarışmaya daş qoyanın betərini ellər nöqtələsin! Məni narahat edən başqa söhbətdir. Keçən il Safuranın ora-burasına 10 milyon xərcləmişdilər. Həmin 10 milyonla müəllim maaşını da artırmaq olardı, kimsəsiz uşaq evlərini təmir etmək də olardı. Hətta Respublika Xəstəxanasının tökülən divarlarını, uçub-dağılan tualetlərini, müharibə meydanını xatırladan palataları da…Kim bilir bu il nə qədər xərclədilər. Azərbaycanı birinci etmək üçün kimlərə nə qədər pul sərf etdilər, o da ayrı bir müəmmadır. Əşi, hər şey cəhənnəm xərcləsinlər. Guya xərcləməyəndə bizə verirlər? Onsuz da nə maaş artırırlar, nə də xalqın rifahı üçün bir səki qoyurlar. Nə etsələr özləri üçündü..Keçən gün Binəqədi tərəfə gedəndə yolun yarısında (yolun həmin hissəsində asfalt çəkirdilər və tıxacı da tıxamışdılar) bir taksi sürücüsü dedi ki, Rövnəq Abdullayevin bir qohumu rəhmətə gedib, Mehdiabadda dəfn ediblər, o da keçən dəfə məzara ziyarətə gedəndə yol ləzət eləmiyib momentalnıy deyib ki, təzə asfalt çəkməy lazımdı. Uzun sözün qısası hər şey özləri üçün.

Mövzudan çox uzaqlaşmayım. Yevrovizyonda qalib gətirildilər və həmin gecə Bakıda küçələr dolub-daşdı. İnsanlar sevindi, ağladı. Bəziləri sevincdən dərs günləri dənizkənarı parkda dönər yeyə-yeyə gəzişdiyi sevgilisinə Mahsun Kırmızıgülün mahnı sözlərini yazdı, bəziləri analarına zəng edib göz yaşı axıtdı, bəziləri təkər qaldırdı, biiiir çoxları da həmişəki kimi ac qaldı, bəzi uşaqlar nə vaxtsa dükanların vitrinində gördüyü, ancaq atasının heç bir halda ala bilmədiyi və ala bilməyəcəyi ayaqqabıların xəyalı ilə yuxuya getdi, İlham Əliyev isə Elikə zəng vurub təbrik etdi. Sanki 8 ildə hər şeyi etdi bircə Eliki təbrik etmək qaldı.

Başqa vaxt o küçəyə çıxıb göt-baş atan adamlara desən ki, gəl gedək haqqımızı tələb edək, girməyə göt axtaracaqlar.

Həyat qəhbə həyatdı, bunu bilirik, amma Azərbaycan ondan da betərdi. Allaha çox şükür gələn ilbu yarışma Bakıda keçiriləndə mən dağ postlarının birində əsgər olacam.

Dünən gecə və bu gün küçəyə çıxan insaların tv-lərə verdiyi müsahibələrə qulaq asdıqca bir daha əmin oldum ki, bu insanları nə qədər minsən, söysən, təhqir etsən bir o qədər yaxşıdı. Kimisi deyir gün o gün olsun gələn il yevrovizyona Şuşada çayçıda baxaq, kimisi deyir bu qələbə ilə Qarabağın azadlığı yolunda ilk addımı atdıq…Kimi də bunu ucunu Heydər Əliyevin qoyduğu, İlham Əliyevin də dibinə qədər itələdiyi uğurlu daxili və xarici siyasətin bəhrəsi olduğunu qeyd etdi…Sonuncuya qatılıram. Bu uğurlu daxili və xarici siyasətin bəhrəsidir. Bu mövzuda günlərlə yazıb-danışmaq olar, amma bitirsəm yaxşıdır.

Nəhayət, kralımız Avropanı da almağı bacardı…

Ən pisi isə odur ki, demokratiya diktaturaya, padşahlığa məğlub oldu…

About these ads
Şərhlər
  1. [...] Voices author Leyla Najafli posts an English translation of a blog post commenting on Azerbaijan's victory in last weekend's Eurovision Song Contest. Playing with the name of the local currency and [...]

  2. [...] Voices author Leyla Najafli posts an English translation of a blog post commenting on Azerbaijan's victory in last weekend's Eurovision Song Contest. Playing with the name of the local currency and [...]

  3. [...] blogger, Baxram [AZ], also commented on the mass celebrations and what it believed to be the irrationality displayed by some who attributed the victory to the [...]

  4. [...] blogger, Baxram [AZ], also commented on the mass celebrations and what it believed to be the irrationality displayed by some who attributed the victory to the [...]

  5. [...] blogger, Baxram [AZ], also commented on the mass celebrations and what it believed to be the irrationality displayed by some who attributed the victory to the [...]

  6. [...] blogger, Baxram [AZ], also commented on the mass celebrations and what it believed to be the irrationality displayed by some who attributed the victory to the [...]

  7. [...] blogger, Baxram [AZ], also commented on the mass celebrations and what it believed to be the irrationality displayed by some who attributed the victory to the [...]

  8. [...] blogger, Baxram [az], also commented on the mass celebrations and what it believed to be the irrationality displayed by some who attributed the victory to the [...]

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s