Qardaşyana söhbət

Dərc edildi: İyun 16, 2011 / Uncategorized

Cənab Prezident, salam.
Nətərsiz? Məni soruşmayın, şükür allaha pis gündəyəm, amma heç bir narahatçılığa əsas yoxdur, çünki vərdişliyəm. Əvvəlcədən bir üzr də istəyim ki, işinizin gücünüzün bu qədər çox olduğu bir sezonda vaxtınızı almağa çalışıram. Uğurlu daxili və xarici siyasət sizi çox yorur, buna sidq ürəkdən inanıram allah haqqı.
İctimai problemlərdən yazıb sizi bezdirməyəcəm. Beynəlxalq təşkilatlar o problemləri sizə yetərincə çatdırıb qanınızı qaraldır.
Mən bu dəfə özümdən yazacam. Bu aralar bir az kövrək və həssasam. Üç həftə sonra hərbi xidmətə gedirəm. Sizdən bir neçə xahişim olacaq. Elə hərbi xidmət demişkən ilk xahişimi edim. Səfər müəllimə tapşırın ki, məni sərhəd bölgəsinə göndərsin, özü də postdan düşürtməsin. Yox, yox səhv başa düşməyin milliyətçi biri deyiləm, Mübariz İbrahimova da paxıllıq etmirəm. Sadəcə maksimum uzaqda olmaq istəyirəm. Qarşıda məni gözləyən 365 günlük hərbi xidmət müddətində mümkün olduqca Bakını düşünmək istəmirəm. Postda olmasam hər gün fikirləşəcəm ki, görəsən bu gün kimi həbs etdilər, kimin cibinə nəşə atdılar, polis kimi döyərək öldürdü, hansı məmur rüşvət aldı, dekan imtahanda tələbəsindən nə qədər pul tələb etdi və s. Son illərim ictimai sektorda keçdiyi üçün bir az yorğunam və nəzərə alsaq ki, son 4 ildir fəhlə işləyirəm sözün əsl mənasında çökmüşəm. Rəhmətlik atanızın böyük alicənablıq göstərib Konstitusiyada mənə lütf etdiyi istirahət hüququmdan istifadə etmək istəyirəm. Ən azından dağ başında erməni əsgəri ilə üz-üzə duranda ölməməyi, necə həyatda qalmaq lazımdır onu düşünəcəm və istər-istəməz sizi fikirləşməyə vaxt qalmayacaq, bu daha yaxşıdır. Eyni zamanda onu da xahiş edim ki, mən postda ölməməyin yollarını axtaranda siz erməni snayperçisinə məni vurdurtmayın. Bilirəm, əliniz hər yerə çatır. Açığı mən bununla fəxr edirəm. Fəxr edirəm ki, mənim prezidentimin öhdəsindən gələ bilməyəcəyi iş yoxdur. Qürur verici xaldır.
Dünən yaxın dostum Məcidlə söhbət edirdik. Türkiyədə tələbədir. Dedi ki, sizin ucbatınızdan 17 yaşından Türkiyənin küçələrinə düşüb. Siz mənim bu cavan canım işiniz yoxdur uşaqla. Allah haqqı ürəyi təmiz, yalanı sevməyən, xəyanəti bağışlamayan, müasir oğlandır, xarici mahnılara qulaq asır, sizi də çox sevir.
Başqa dostların da sizə demək istədikləri var. Bəziləri deyir ki, həkimlərin maaşlarını aşağı salsın bir az həkimlər pul görüb şişiblər, qudurğanlıq edirlər, bəziləri deyir ki, sevənləri ayırmağa haqqınız yoxdur, bəziləri də söz verirlər ki, gələn seçkilərdə kişi oğlu kimi sizə səs verəcəklər, amma bir şərtlə: siz onlara öz prezidentlərini seçməyə şərait yaradın.
Keçim digər xahişimə. Mən Bakıya yenidən qayıdanda ölkəmi daha yaxşı görmək istəyirəm. Ən azından demokratiyanın “d”-sini. İnsan haqları tapdanmasın, rüşvət minimala ensin, korrupsiya ilə mübarizə aparanda təkcə süpürgəçilər işdən çıxarılıb həbs edilməsin. Gələndə görüm ki, Əli İnsanov tək deyil. Ramil Usubov, Ramiz Mehdiyev, Rövnəq Abdullayev də onun yanındadır. Ondan sonra sizi bəyənməyən, sizə güldən artıq söz dedirdən oğlan itin balasıdı. Biz sizdən çox şey istəmirik. Əgər bu ölkədə insan kimi yaşamağa şərait yaratsanız mən şəxsən imza kampaniyası başladacam ki, sizi ömürlük prezident seçək, heç seçkilərə də ehtiyac qalmayacaq. İnsan kimi yaşaya bilmirik deyə susmuruq, mübarizə aparırıq, sonra da sevgililərimiz bizdən ayrılır ki, İlham Əliyevə ayırdığın vaxt qədər mənə vaxt ayırmırsan. Nəticədə ara qarışır, məhzəb itir.
Üçüncü xahişim odur ki, həbsdə olan gənclərdən əlinizi üzün, gənclər sizə etiraz edir deyə həbs etdirməyin, polislərinizə sahib çıxın. Axı nə vaxta qədər iki sətir yazıya görə döydürəcəksiniz, təhqir etdirəcəksiniz, həbs etdirəcəksiniz bizi? Əlinizə bir şey keçsə yenə haqq qazandırmaq olar. Axı bizi həbs etdirəndə neft qiyməti qalxmır, Qarabağ qayıtmır, Milli Məclisin kreslo sayı artmır. Hər şey öz yerində addımlayır. Sizi and verirəm ümummilli liderin müqəddəs ruhuna bizi incitməyin.
Cənab Prezident, gördüyünüz kimi xahişlərim edə bilməyəcəyiniz şeylər deyil. Bunları etmək sizin üçün nəfəs almaq qədər asan bir şeydir. Bir dəfə də bizə önəm verin. Heydər Əliyev demişkən, axı biz bu ölkənin gələcəyiyik.
Sonda kiçik xahişim daha olacaq. Eşitdiyimə görə hərbi hissələrin dükanlarında siqaretlər mülkidə olduğundan daha bahalıdır. Lütfən, hərbi hissələrdə siqaret qiymətlərini qaldıranlarla şəxsən məşğul olun, bu dözülməz xaldır, dərxal xəbs etdirin onları.
Məni dinlədiyiniz üçün təşəkkürlər.
Sevgilərimlə…

Only for you Rauf Gay

Dərc edildi: İyun 1, 2011 / Uncategorized

Rauf Ray (normalda qəhbəxanada “çalışan”lar real adlarından imtina edib ləqəb götürürlər, Rauf da öz soyadından imtina edib-Mardıyev) adındakı prişiklə ilk təmasımız bir neçə həftə öncə ona dərin sevgi və məhəbbətlə ithaf etdiyim “Aftafa Tutanlar” yazım ilə olmuşdu. İthafı bədii dildə təsvir etsəm, necə deyərlər onu vəsf eləmişdim. O yazımda ona məsləhət vermiş, götü çatırsa qeyd etdiyim məsələlər haqqında yazmasını əmr etmiş və ağzının südü ilə başından böyük qələtlər etməməsini demişdim. Amma görünür dimidrolunun təsiri keçib, qaşınır, lomkası tutub, turbası dolub. Olsun, biz onun bədəninə verərik.Rauf haqqında fikirlərimi bildirməmişdən qabaq Şirəli Sıçtımai Birliyi haqqında bir-iki kəlimə deyib, sözügedən qərənfilin bloqundakı son yazısını təhlil etməyə başlayacam.İllər öncə pəltəy Fərhadla başlayan girmə kampaniyanız iki eşşəyin arpasını bölə bilməyən deputatınız Ceyhun Osmanlı ilə davam edir. Sən daha yaxşı xatırlayarsan bir vaxtlar Ceyhunun çıxışlarını Fərhad yazıb verirdi ki, Ceyhun, adam ol bunu üzündən oxu. Ceyhun da sağolsun iki sətirlik Bu yazının davamını oxu »

Ətsikərlik

Dərc edildi: May 27, 2011 / Uncategorized

Biri var idi, biri yox idi. Bir mən var idim, bir hərbi komissarlıq, bir də Respublika xəstəxanası. Heç yadımdan çıxmaz bir gün evdən çıxarkən qonşumuz Güldəstə xala mənə dedi ki, səni axtarırlar. Kim sualını verməyə çəkindim, dedim birdən uşaq vaxtı bizim etdiyimiz zarafatı edib “it vuranlar” deyər, göt günündə qalaram. Dinməz söyləməz getdim universitetə. Fakultə binasına yenicə daxil olmuşdum ki, üzü maskalı, hündürboy, hərbi geyimli bir müəllim qaçaraq üstümə atıldı, məni yerə yıxaraq zərərsizləşdirdi və qulağıma “komissarlığa gedib komissiyadan keç” deyib üstümdəm qalxdı və qaçaraq hadisə yerindən uzaqlaşdı. 4 illik tələbəlik həyatımda daha pis qarşılamalarla üzləşdiyim üçün sonuncu sevgi nümayişi məni qətiyyən heyrətləndirmədi. Üst-başımı təmizlədikdən sonra getdim şəhər hərbi komissarlığına. Komissarlıq binasının içində bir xeyli vargəl elədikdən sonra, xoşuma gələn ilk otağa girdim. Sonradan bildim ki, tualet imiş. Nə isə, oradan çıxası oldum. Bu yazının davamını oxu »

Manatvizyon

Dərc edildi: May 15, 2011 / Uncategorized

Srağagün gecə N saylı marşturla evə qayıdanda çox vaxt nağıllardan eşidib bloqlardan oxuduğumuz, Azərbaycanla yaxından-uzaqdan əlaqəsi olmayan bir hadisənin şahidi oldum. Sərnişini olduğum avtobus yolda rəqib firmanın marşrutu ilə formula-2 yarışına çıxmışdı. Sözüm onda deyil, bir xeyli yolu bir-birilərinin üstünə çıxaraq getdilər. Yolda 4-5 dəfə ağır yol nəqliyyat hadisəsi baş verdi: ölən və yaralananlar var idi. Təxminən 2-3 saata yaxın bu vəziyyətdə getdikdən sonra 20 Yanvar dairəsində avtobuslar qırağa çəkilib söhbətə başladılar. Beqəfil dava düşdü. Bu dəm digər avtobusun da bir-iki bığı burma sərnişin aşağı düşüb söhbətə kurs oldular. Uzun sözün qısası qoyhaqoy düşdü, it yiyəsini tanımadı. Bir müddət sonra sürücümüz öz yerini aldı və avtobusu hərəkətə gətirəndə digər avtobusun sözügedən dalben sərnişinləri sıra ilə avtobusu vurmağa başladılar. İçimdən “ənkə böyügüvüzü sikim” demək keçdi, amma demədim. 20 ildir eyni sülalə bunların əlinə verir, üstünə işəyir, dombaldır, çörəyini əlindər alır, amma biri də göt qorxusundan bir dəfə çıxıb bir söz demir. Fağır adam görən kimi qeyrət-namus boğazlarına yapışır Bu yazının davamını oxu »

Penisozavr azərbaycanlı

Dərc edildi: May 8, 2011 / Uncategorized

Əziz oxucu! Vaxtını və enerjini alacağıma görə səndən dönə-dönə üzr istəyirəm. Bu dəfəki yazını bir az da özüm haqqında yazmaq istəyirəm. Bilirəm, bəlkə də hardasa doğru addım deyil, amma məni də başa düş. İkimizin canı üçün başqa seçim şansım qalmayıb. Əvvəlcə azərbaycanlılarla bağlı bir –iki cümlə deyib mövzuya keçmək istəyirəm. Azərbaycanlının necə fövqəltəbii varlıq olduğunu, nələrə qadir olduğunu, fələyin də ondan baş açmadığını və azərbaycanlıların allahın niyə yaratdığını bilmədiyi tək insan sürüsü olduğunu zatən bilirsən. Təəssüf hissi ilə qeyd etməliyəm ki, azərbaycanlıları qruplaşdırmağa cəhd etsək buna nə ömrümüz bəs edər, nə də səbrimiz. Göz dəyməsin hər formada, hər üslubda, hər ölçüdə azərbaycanlı olub, var və olacaq.

Mövzunu bir az daha daraldıb fikrini xüsusi ilə cinsiyyət orqanları üzrə ixtisaslaşmış azərbaycanlılara cəlb etmək istəyirəm. Onların həyatı digərlərinkindən daha məşəqqətli, keşməkeşli, döyüşkən, mübariz, əziyyətli və s.-dir. Bu yazının davamını oxu »

Adsız

Dərc edildi: May 4, 2011 / Uncategorized

   Son günlər dünyada baş verən 3-5 hadisə özüm də istəmədən diqqətimi çəkdi. Ladenin ölümü, Qəddafinin ailəsinə hücum, Ata Abdullayevin ölüb ölməməyi, Səfər Abıyevin cəbhə xəttində snayperlə vurulması, Ermənistan Prezidentinin ölməsi və s. Yenə pox poxa qarışıb….

   İçlərində ən çox diqqətimi çəkən Laden və Qəddafi oldu. Xaçlı yürüyüşünə başlamaq üçün bəhanə lazım idi, onu da Ladenlə yaratdılar. Qəddafi ilə davam edirlər.

   10 il sonra Laden Pakistanda öldürüldü, 1 həftə sonra Barak Lobama tərəfindən bütün dünyaya bildirildi. Özlərinə liberal deyib ortalıqda fırlananlar da buna inanıb, şad-xürrəm oldular. CİA kimi kəşfiyyat idarəsi 10 il Ladeni tapa bilmədi, ərəb ölkələrində inqilabların, üsyanların başlandığı vaxt Ladeni əlləri ilə qoymuş kimi tapdılar. Ə, sikdirin gedin siz allah… Bu neçənci Ladendi axı öldürürlər? Öz yaratdıqları şou-biznes malını hər il öldürüb prestij qazanırlar. Adını da qoyurlar terrorla mübarizə. Göt uşağı göt! Bu yazının davamını oxu »

Son bir neçə gündür internetlə yaxından-uzaqdan bütün əlaqəm kəsilmişdi. Bu gün əlimə bir möcüzə nəticəsində internetdə bir az eşələnmək fürsəti düşdü. Gördüklərim qarşısında dizlərim qatlandı. Ölkə telekanallarında hakimiyyətin məqsədli və uzaqgörən siyasi gedişləri nəticəsində formalaşan dinamik inkişaf haqqında xəbərlər izləyəndə inanmırdım. Amma bu gün inandım. Nəinki ölkəmizdə, hətta Yaxın və Orta Şərqdə, eyni ilə Avropada statistik göstəriciləri alt-üst etmiş, BBC, CNN kimi telekanalları çaya susuz aparıb susuz gətirmiş dəqiq pedik, vicdansız və şərəfsiz Pider Tv ekranlarında Bu yazının davamını oxu »

Götəgirmə kampaniyası

Dərc edildi: Aprel 11, 2011 / Uncategorized

Hamınıza məlum olduğu kimi kompyuterim olmadığı üçün mütəmadi olaraq yaza bilmirəm. Elə bilməyin almağa pulum yoxdur. Pulum var, amma hara qoymuşam yadımda deyil, axtarmağa da həvəs yoxdu.

Bu dəfəki yazım nisbətən qarışıq ola bilər. Hamımızın sevimlisi Turanus Turan yeni yazı yazıb, Şirəli girəliçilər yeni mahnı “buraxıblar” (cümlədəki “buraxmaq” felinin bir neçə mənası var. Kim hansı mənada istəyir qəbul etsin), xaricdə təhsil alan, yaşayan bəzi gənclərimizə cinayət işi açılıb.

Bunlar azmış kimi tərslikdən məni də ev sahibim evdən atdı. Yenə deyirəm, birdən elə bilərsiniz pulum yoxdu, ev pulunu verə bilmədim deyə evdən atdılar. Yox, qətiyyən ağlınıza belə bir şey gətirməyin. Dedim axı pulum var, amma yerini unutmuşam. Ölkədə etirazların başlandığı bir ərəfədə belə sıxışdırmalar normal haldır (mənimki sıxışdırılmaq deyil, göt ayağında qalmaqdı). Yəni, sistem özü özünü məhv edir. Bu yazının davamını oxu »

Azərbaycansayağı tualetorantlıq

Dərc edildi: Aprel 7, 2011 / Uncategorized

Çoxsaylı istəkləri nəzərə alıb bu dəfəki yazımı maksimum söyüşsüz yazmağa çalışacam. Belə də ki, nə sikirəm söyüş söyüm.
Həmişə dostlarıma tövsiyyə etmişəm ki, yerli telekanalları gecə-gündüz izləsinlər. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycan kimi ölkənin Ananas Tv, Qaztv, Pider Tv kimi telekanalları var. Əgər bilsəm ki, Ananas Tv-də ciddi müzakirələr gedir, ölkənin taleyi həll olunur lap desələr ki, BBC News’da Monica Belluci səndən danışır bax, yenə də baxmaram. Bir neçə saat əvvəl kanallarda gəzişərkən Ananas Tv-də yayımlanan Təkər Nöqtəsi verilişi ilə təkbətəkə qaldım. Həyəcanlandım, əllərimin içi tərlədi.
Verilişdə Qənirə Yadimdadeyilqizi ilə Rəbiyyət Bilmirəmkimova qarşılqlı əl-ələ, göz-gözə oturmuş qoxulaşırdılar. Anidən işıqlar söndü və veriliş başlandı. Söhbətin ilk başda nədən getdiyini anlaya bilmədim. Xanımların ah naləsi poxu- poxa qatdı deyə məsələni aydınlaşdırmaqda bir xeyli çətinlik çəkdim. Baxdım olmur dosta zəng haqqımdan istifadə edib Məcidə mesaj yazdim, amma cavab gəlmədi. Bu yazının davamını oxu »

Aftafa tutanlar

Dərc edildi: Aprel 4, 2011 / Uncategorized

Rauf Ray-lə tanışlığımız illər öncə olub. Qeyd etməliyəm ki, 4-5 il bundan qabaq necə idisə, yenə də o havada, yenə eyni köpüyün içindədi. Yazılarından da illərdir eyni sabunun iyi gəlir. Amma bütün bunlara baxmayaraq, onunla “Rauf Gay” deyib məzələnməyəcəm. Hər necə də olsa özünə görə oğlandı. Bu gün 2 aprel mitinqi ilə bağlı yaısını oxudum, əlim qolum boşaldı. Yazıda qeyd edib ki, Bakıda olmadığı üçün yazını yazmaqda bir az gecikib. Məncə gecikməkdən daha artığını edərək prosesləri gözü ilə yox götü ilə izləyib. Elə bu spesifik xüsusiyyətinə görə başı götündən çıxmır. Səhv başa düşməyin. Yenə deyirəm özünə görə oğlandı. Hamı səhv edir.

Qeyd edir ki, etiraz edənlər dükanların şüşələrini sındırıb sahibkarlara ciddi maddi ziyan vurmuşdur. Deyəsən, Raufun dost-tanışından xəbəri yoxdur. Bilmir ki, o vitrinləri sındıranlar da elə onun özü kimi aftafa tutanlardı. Mənliyini 3-5 manata satan adam vitrin də sındırar, demokratiyadan, sürətli inkişafdan da danışar. Bir şeyi də qeyd etməliyəm. Vitrinləri sındıranlar müxaliflər idilərsə, polis hadisə baş verən anda niyə heç birini tutmurdu? Demək ki, torbada pişik var. Bu yazının davamını oxu »